Müəllimlərin dərs yükü sertifikasiya nəticəsinə görə bölünəcək - Diqqət!

2022-08-30 14:13:00

Müəllimlərin dərs yükü sertifikasiya nəticəsinə görə bölünəcək - Diqqət!

"Sonrakı illərdə müəllimlərin dərs yükü sertifikasiya nəticəsinə görə bölünəcək".

Hurriyyet.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, müəllimlərin ən sonuncu nəticəsi sertikasiya nəticəsi olacaq:

"Bu il imtahanda 30 baldan aşağı bal toplayan müəllimlərin dərs yükü və əməkhaqqı azaldılmayacaq. Lakin sonrakı illərdə dərs bölgüsü buna əsasən tənzimlənəcək. Bəzi müəllimlərin dərs yükü azala, bəzilərininki isə artırıla bilər. Bu nəticədən asılı olaraq dəyişəcək".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053397