Müəllimləri tətildə məktəbə niyə çağırırlar? - Ekspert "qanunsuzdur" deyir

2022-11-17 22:14:00

Müəllimləri tətildə məktəbə niyə çağırırlar? - Ekspert

Xəbər verdiyimiz kimi, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayıb.

 

Tətil günləri olmasına baxmayaraq, bəzi məktəblərdə direktorlar müəllimləri məktəblərə çağırırlar. bildirirlər ki, saat 9:00-dan 13:00-a qədər məktəbdə olmaq vacibdir. Tətil günlərində müəllimlərin məktəbə çağırılması nə qədər qanunidir?

Hurriyyet.Az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, tətil günlərində müəllimləri məktəbə çağırmaq yolverilməzdir:

"Müəllimlik vəzifə deyil, peşə hesab olunur. Təəssüf ki, qanunvericilikdə bu yöndə boşluq var. Təhsil sahəsində çalışan müəllimlərlə bağlı ayrıca yanaşma olmalıdır. Azərbaycan Respublikasının əmək məcəlləsinə görə, tam ştatda çalışan işçilər 8 saatlıq iş rejimində çalışdıqları müəssisədə olmalıdır. Lakin bu hal müəllimlərə şamil edilmir. Müəllimin vəzifə öhdəliyi tədrisin aktiv olduğu müddətdə dərsdə iştirak etməkdir.

Heç bir halda məktəb direktorları müəllimləri tətil günlərində məktəbə çağırmamalıdır. Direktor, direktor müavini, təsərrüfat hissə müdiri - bunlar tədrislə məşğul olmayan vəzifə sahibidirlər. Tətil günlərində məktəbə onlar gəlməlidirlər. Birmənalı olaraq, birbaşa tədrisə bağlı olan fəaliyyət - jurnal yazmaq, şagirdlərin texniki işlərini icra etmək və s. hallar istisna olmaqla, digərlər proseslərə görə müəllimi məktəbə cəlb etmək qanunsuzdur". \\Azmedia.az  


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150254