Müəllimləri şalvar geyinməsinə görə təhqir edən direktora XƏBƏRDARLIQ EDİLDİ

2022-04-28 11:49:00

Müəllimləri şalvar geyinməsinə görə təhqir edən direktora XƏBƏRDARLIQ EDİLDİ

Sumqayıt şəhər 14 nömrəli məktəbin direktoru Fatma Bayramovanın sosial şəbəkələrdə səs yazısı yayılıb. Direktor səs yazısında bir nəfər müəllimdən başqa digər müəllimlərin şalvar geyinməsini qadağa etdiyini qeyd edir. O hansısa müəllimin şalvar geyinəcəyi təqdirdə həmin müəllimi şagirdlərin önündə təhqir edəcəyini vurğulayır.

Məsələ ilə bağlı Təhsil nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə bildirilib ki, direktorun izahatı alınaraq bir daha belə hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir:

"Bildiririk ki, səs yazısı Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoruna aiddir.  

Direktor izahatında qadın müəllimlərdən birinin səhhətində ciddi problemlər olduğu üçün direktordan şalvar geyinmək üçün müvəqqəti icazə aldığını, digər müəllimlərin də bundan istifadə edərək müəllimə yaraşmayan geyimdə (dar şalvarda) məktəbə gəldiklərini bildirmişdir. Bununla bağlı valideynlər məktəb direktoruna müraciət edərək şagirdlərin evdə qadın müəllimlərin geyimlərini müzakirə etdiyini bildirmişlər.

Direktor tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bir neçə qadın müəllim yenə həmin geyimdə məktəbə gəldikləri üçün direktorun whatsapp qrupuna səs ataraq onlara ciddi iradını bildirdiyi məlum olmuşdur.

Direktorun izahatı alınaraq bir daha belə hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir".

Qeyd edək ki, Sumqayıt şəhər 14 nömrəli məktəbin direktoru Fatma Bayramova aşağı balla, 1500-dən artıq şagirdi olan məktəbə 3 aydır ki, təyin edilib. O da qeyd edilir ki, məktəb direktoru Fatma Bayaramova birbaşa Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırovun xeyir-duası ilə direktor təyinatı alıb.

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya