Saat:13:32
Haqqımızda

Müəllimlər sertifikasiyadan niyə narazıdır? - Ekspert haqlı və haqsız tərəfləri açıqladı

2022-05-14 17:05:00

Müəllimlər sertifikasiyadan niyə narazıdır? - Ekspert haqlı və haqsız tərəfləri açıqladı

Gələn aydan dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılmasına başlanılır. Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.
Test imtahanında 60 sual olacaq və hər bir düz cavab bir bal kimi müəyyən ediləcək. 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

Lakin sertifikasiya müəllimlər tərəfindən narazılıqla qarşılandı.

Hurriyyet.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov AzVision.az -a açıqlamasında bildirib ki, ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyası çoxdan gözlənilirdi və olmalı idi. O qeyd edib ki, bu təhsil sisteminə müsbət təsirini göstərməlidir.

Azərbaycan müəllimləri axırıncı dəfə 1994-cü ildə bilik və bacarıqlarının yoxlanılması üçün attestasiyadan keçmişdilər. Daha sonra 2013-2018-ci illərdə müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirildi.

- Bu zaman məlum oldu ki, kifayət qədər müəllimin diplomu dövlət sənədi deyil və ixtisası üzrə maksimum biliyə sahib deyil. Artıq yeni mərhələ başlayır. Orta və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin həm diplomlarının yoxlanması, həm də bilik və bacarıqlarının yoxlanması, fiziki, psixoloji vəziyyətini öyrənilməsi başlayır. Bu ciddi məsələdir. Azərbaycan təhsili olaraq gözləntimiz müəllimlərimizin bu prosesdən üzü ağ çıxmasıdır" - deyən ekspert bildirib ki, müəllimlərin narazılıqlarının haqlı və haqsız tərəfləri var:

"Onlar deyir ki, niyə Təhsil Nazirliyində çalışanların bilik və bacarıqları yoxlanılmır? Deyirlər ki, birinci bizi idarəedənlər imtahan versin, sonra həmin şəxslər bizi yoxlasın. Bu yanlış yanaşma tərzidir. İstər Təhsil Nazirliyində çalışanlar, istər məktəb direktorları müsabiqə və müsahibə nəticəsində işə qəbul olunurlar. İşə götürənlər öz işçilərini Əmək Məcəlləsinin tələbinə uyğun olaraq yoxlamağa haqlıdırlar. Sizdən qeyri-adi bilik və bacarıq soruşulmur, yoxlanılmır. Sizin ixtisasının nədirsə, minumum 20 bal toplamaq tələb olunur. Sertifikasiyadan keçən müəllimlər bilik və bacarıqlarına uyğun əmək haqqı alacaq. İndi hamı stabil maaş alırsa, orada kim daha yaxşı nəticəyə sahib olacaqsa daha yaxşı əmək haqqı alacaq. Bu da müəllimlərin seçilməsinə imkan verəcək".

Müəllimlər tərəfindən səsləndirilən digər irad mütəmadi olaraq imahanların keçirilməsidir. K.Əsədov hesab edir ki, bu, haqlı iraddır:

"Təhsil Nazirliyi indiyə qədər keçirdiyi müəllimlərin işə qəbulunda müəyyən qədər test, məzmun, standartlarla bağlı problemlər var idi. Onlar deyir ki, sizin indiyə qədər keçirdiyiniz imtahandakı suallar problemli idisə, indi necə rahat imtahan keçirəcəksiniz? Haqlı iraddır. Bu məsələlərin həlli mümkündür. Azərbaycan təhsili üçün inanmalıyıq. Setifikasiya kifayət qədər müəllimin özünü təkmilləşdirməsinə səbəb olacaq. Bəzilərinin yolları ayrılacaq və sistemə yeni müəllimlər daxil olacaq. Ümumilikdə proses Azərbaycan təhsilinin inkişafına yönəlmiş fəaliyyətin nəticəsi olacaq".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR