Müəllim və şagirdləri daşıyan avtobusda yaralıların sayı artıb, ikisinin vəziyyəti ağırdır - YENİLƏNİB + VİDEO

2022-06-13 09:00:00

Müəllim və şagirdləri daşıyan avtobusda yaralıların sayı artıb, ikisinin vəziyyəti ağırdır - YENİLƏNİB + VİDEO

Bakı-Şamaxı yolunda paytaxtın 279 saylı tam orta məktəbin müəllim və şagird heyətinin düşdüyü qəza nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub. 

Hurriyyet.az xəbər verir ki, bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib. 

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu qoyulub.

01:53

Bakıdan Qəbələyə istirahət məqsədi ilə gedən Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdlərini daşıyan avtobusda yaralananların sayı artıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində xəstəxanaya aparılan 10 yaralıdan ikisinin vəziyyəti ağırdır.

Onlar 2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna və 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğludur.

Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

01:43

Qəbələdən Bakıya turistləri aparan avtobusun Şamaxıda qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsi sakinləri 1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı, 2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı, 2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı, 1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı, 1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı, 1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı, 2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı, 2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.

Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəblərin müəllim və şagirdləri, onların valideynləri olub.

01:28

“Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib”.

Bunu açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov "Facebook" hesabında yazıb.

O bildirib ki, ilkin məlumata görə, ağır xəsarət alanların olmadığı bildirilir.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Məktəb rəhbərliyinin verdiyi məlumatda əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.” - B. Məmmədov əlavə edib. 

23:45

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, qəzaya düşən avtobusun Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olduğu bildirilir.

Qəza nəticəsində həyatını itirən şəxsin olduğu söylənilir.

Onlar Şamaxıda istirahət edib Bakıya qayıdırmışlar.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya