Saat:12:06
Haqqımızda

Müəllim və şagirdlər üçün ictimai nəqliyyat pulsuz ola bilməz - “Güman etmirəm”

2022-11-29 23:15:00

Müəllim və şagirdlər üçün ictimai nəqliyyat pulsuz  ola bilməz - “Güman etmirəm”

“Müəllim və şagirdlər üçün ictimai nəqliyyat pulsuz olmalıdır”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxışı zamanı Azərbaycanda müəllim və şagirdlər üçün ictimai nəqliyyatın  gündə heç olmasa 2 dəfə pulsuz təşkil olunmasının vacibliyini qeyd edib.  

Bəs bu fikir qanuni qüvvəyə minə bilərmi? Belə bir qanunun qüvvəyə minərsə müəllim və şagirdlər üçün nə kimi müsbət dəyişikliy olacaq?

Tanınmış pedaqoq Sona Əliyeva mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında deputat tərəfindən müsbət və vaxtında söylənilən bir fikir olduğunu vurğulayıb.

“Deputatın fikrini müsbət  qəbul edirəm. Belə bir qanunun qüvvəyə minməsinin  müəllim və şagirdlər  üçün çox faydalı olacağını düşünürəm. Bir qərarın qüvvəyə minməsində dövlət iradəsi özünü göstərməlidir. İndi bütün şirkətlər, təşkilatlar dövrün tələbatına, mexanikinə uyğun öz iş sistemi qurur. Ona görə də bu kimi hallar baş tutmur.

Xarici dövlətlərdə artıq bu kimi addımlar atılır. Ən azından müəllim və şagirdlər üçün bir sıra güzəştlər nəzərdə tutulmalıdır. Bu fikrin qanuni qüvvəyə minməsi,  daimi olaraq ictimai nəqliyyatdan istifadə edən müəllim və şagirdlərə maddi köməklik göstərmiş olar. Nəqliyyat və sərnişindaşıma şirkətlərinin əksəriyyəti özəl şirkətlərdi ki, dövlət onlar üçün subsidiya ayırmalıdır.

Gözəl fikir olaraq səslənməyinə baxmayaraq, reallaşacağını güman etmirəm”-deyə, o bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR