Saat:21:03
Haqqımızda

“Müəllim şərəfinə layiq olmayan...” - Misir Mərdanov

2022-10-05 16:23:00

“Müəllim şərəfinə layiq olmayan...” - Misir Mərdanov

“Böyük müəllim ordusunun içərisində müəllim şərəfinə layiq olmayan adamlar da var. Amma biz daha çox yaxşı müəllimlərdən, yüksək səviyyəli müəllimlərdən danışmalıyıq”.

Hurriyyet.az
xəbər verir ki, bu sözləri Cebhe.info-ya 5 oktyabr Müəllimlər Günü ilə bağlı danışan sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov deyib.

Azərbaycan müəllimlərini təbrik edən professor hər sahədə müəllim əməyinin olduğunu bildirib:

“Azərbaycan müəllimlərinə işlərində, şərəfli peşələrində uğur arzulayıram. Cəmiyyətimizə müraciət eləmək istəyirəm ki, bu gün nəyimiz varsa, hətta II Qarabağ müharibəsində qalib gəlməyimizdə də Azərbaycan müəllimlərinin böyük rolu olub. Yəni onların öyrətdiyi, onların hazırladıqları tələbələr 3 min nəfərdən çox şəhid olub və ondan da nə qədər çox yaralanıbdır. Azərbaycanda belə müəllimlər həmişə olub, bu gün də var, gələcəkdə də olacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR