"Müdriyyət uşaqlara qarşı zorakılığa göz yumub" - Loqopeddən şok iddia

2022-09-07 15:30:00

Xəbər verdiyimiz kimi, paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu hadisə cəmiyyətdə ciddi rezonansa səbəb olub. Valideynlər narahatlıq içindədir.
Əksəriyyəti bu sual düşündürür: bəzi pedaqoqların uşaqlara qarşı zorakılığı nədən qaynaqlanır?
Hurriyyet.az
-ın məlumatına görə, loqoped, defektoloq Ülkər Eyvazova Bakupost.az -a bildirib ki, pedaqoq adını daşıyan şəxslərin belə hallara yol verməsi təəssüf doğurur.
Onun fikrincə, müdriyyət açıq-aydın bu kimi zorakılıq hallarına göz yumub:

“Şəxsin pedaqoji fəaliyyəti varsa, pedaqoq adını daşıyırsa, bu hadisənin baş verməsi yolverilməzdir. Hansı sahənin müəllimi olursa-olsun, şagird, yaxud tələbə ilə dil tapmalıdır. Əgər hadisə bu müəssisədə baş veribsə, deməli bu hallar dəfələrlə olub. Bu sahənin işçisi olaraq deyə bilərəm ki, müdriyyət buna göz yumub. Ona görə ki müdriyyətin otağında kamera vasitəsilə hər dəfə dərslər izlənilir. Bundan əlavə işə götürülən mütəxəssislər ixtisaslı kadrlar olmalıdır. Onlar əvvəl təlim almalı, daha sonra sınaq dərslərə buraxılmalıdır. Psixologiya və defektalogiya sahəsində işləyənlərin psixoloji problemləri olmamalıdır. Belə ki, psixologiyasında problem olan insan qarşısındakına heç bir halda normal, effektli təlim verə bilməz. Autizm, serebral iflic, yaxud digər xəstəlikləri olan uşaqlara təlim verərkən o, yenidən doğulmuş kimi olur. Çünki onun psixologiyasını, düşüncəsini, danışığını yeni doğulmuş insan kimi formalaşdırırıq. Düşünürəm ki, şüuru problemli, pedaqoq adına ləkə olan insanlar bu sahədə işləməməlidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067037