“Müdafiə xətlərimiz etibarlı deyil” - Erməni nazir

2023-03-15 15:02:00

“Müdafiə xətlərimiz etibarlı deyil” - Erməni nazir

 

“Müdafiə xətlərimiz mükəmməl vəziyyətdə deyil, lakin onları gücləndirmək üçün hər şey edirik”. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə çıxışı zamanı deyib. 

Ermənistan Milli Məclisində müxalifət deputatlarının müdafiə xəttinin acınacaqlı vəziyyəti ilə bağlı iradına cavab verən nazir bildirib ki, xəttin gücləndirilməsi istiqamətində iş dayanmayıb, davam edir.

Papikyan əlavə edib ki, müdafiə xətlərinin bir çoxunda sentyabrda Azərbaycanla baş verən toqquşmalardan sonra tam təchizat və avadanlıqlara ehtiyac duyulur. (yenisabah)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000103