Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edildi - RƏSMİ

2022-05-28 13:54:00

Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edildi - RƏSMİ

Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanmış, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və 27.05.22-ci il tarixdə saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya