Saat:02:35
Haqqımızda

Müdafiə Nazirliyinin rəsmiləri niyə susur…

2021-12-02 15:11:00

Müdafiə Nazirliyinin rəsmiləri niyə susur…

Bildiyiniz kimi, ”Hurriyyət”  ailəsi 1-ci Qarabağ müharibəsi iştirakçısı, qazi  Musayev İlqar Təvəkkül oğlunun bu günkü vəziyyətini aidiyyati qurumlara çatdırmaq üçün əlindən gələni edir. Qəzetimizin səhifələrində, eləcə də Hurriyyet Tv-də qazimizə həsr olunmuş yazılar və video material yer alıb. (https://hurriyyet.az/az/post/qarabag-qazisi-30-ildir-sag-oldugunu-resmi-qurumlara-subut-ede-bilmir---mudafie-nazirliyinde-deyirler-ki-sen-sehid-olmusan-352070)

Qazimizin taleyi ilə bağlı qəzetimizin baş redaktoru Vüqar Məmmədovun  22 oktyabrda – Müdafiə Nazirliyinin [email protected] ünvanına şəxsən Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənova ünvanladığı müraciət bu günə qədər cavabsız qalır.

(Azərbaycan Respublikasının Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənova

“Hurriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov tərəfindən

                                                              Müraciət

Cənab nazir, Sizi 1-ci Qarabağ Müharibəsi qazisi, 1965-ci ilin 22 yanvarında Bakıda anadan olan Musayev İlqar Təvəkkül oğlunun taleyi ilə bağlı narahat edirəm. İlqar Musayev 30 ilə yaxın şəhid statusu ilə yaşayıb, sağ olduğunu heç bir dövlət qurumuna sübut edə bilməyib. İşləmək üçün arayış arxasınca gəldiyi Müdafiə Nazirliyində ona: “sən şəhidsən, sənə heç bir sənəd təqdim edə bilmərik”,- cavabı verilib.

İlqar Musayev bütün bu illər yaşlı anası ilıə birgə kirayə tutduğu evlərdə yaşayıb, fəhləliklə çörək pulu qazanıb. Amma artıq sağlamlığı fiziki işlə məşğul olmağa imkan vermir, müharibədə aldığı yaralar, kontuziya öz işini görüb. Anası da artıq qocalıb, səksən yaşı var, iş qabiliyyətini itirib. Bu iki çarəsiz insan dövlətin qayğısından tamamilə kənarda qalıb.

Ola bilsin, 30 il əvvəl vəziyyət fərqli idi, ölkəmiz dağıdıcı müharibədən yeni çıxmışdı, bu üzdən sənədlərdə dolaşıqlıq olub. Amma bu gün Azərbaycan qalib dövlətdir, qazilərimiz, şəhid ailələri dövlət qayğısı ilə əhatə olunub. İlqar Musayev də mərd Vətən oğludur. Ali məktəbdə  əyani təhsilini yarımçıq qoyub könüllülər sırasında dövlətimizin bütöblüyünü qorumaq üçün ölüm-dirim savaşına qatılıb. Ona qayğı göstərmək, düşdüyü son dərəcə ağır vəziyyətdən qurtarmaq dövlətin birbaşa vəzifəsidir.

Sizdən İlqar Musayevlə bağlı detallı araşdırma aparılmasına dair göstəriş verməyinizi, ağır durumda olan qazimizə tibbi və maddi yardım göstərilməsi üçün vasitəçi omağınızı xahiş edirik.

Ana ilə oğulun vəziyyəti həqiqətən acınacaqlıdır, evin kirayə haqqını ödəyə bilmirlər, dərmana, bəzən isə hətta quru çörəyə belə pul tapmırlar. Bunu nəzərə alaraq, bu məsələ ilə yaxından maraqlanmağınızı  xahiş edirik.

Ən tez zamanda Müdafiə Nazirliyindən müsbət cavab gözləyirik.

 

P,S. Müraciətə İlqar Musayev haqda yazılan yazının və video materialın linkini də  əlavə edirik.  

 

https://hurriyyet.az/az/post/qarabag-qazisi-30-ildir-sag-oldugunu-resmi-qurumlara-subut-ede-bilmir---mudafie-nazirliyinde-deyirler-ki-sen-sehid-olmusan-352070?fbclid

                                                             Hörmətlə:          Vüqar Məmmədov     

                                                                                                10. 22. 2021)

Müdafiə Nazirliyinin mətbuat xidməti ilə telefon bağlantısı qurmaq cəhdlərimiz də nəticəsiz qalır. Ya zənglərimizə cavab verilmir, ya da qarşı tərəf  dəstəyi qaldırmadan əlaqəni kəsir.

Buradan  bir daha Müdafiə  Nazirliyinə, hörmətli nazirə səslənirik: canlı insanın adı  hansı əsasla şəhidlər  siyahısına salınıb? İnsan sağdırsa, özü nazirliyə gəlib işlə bağlı müraciət edirsə, onun sağ olduğunu sübut edən sənədlərə nə ehtiyac var?  Əgər sənədlərdə adı şəhid kimi qeyd edilibsə, nəyə görə bütün bu illər ərzində ailəsi  dövlətdən heç bir müavinət almayıb?

“Hürriyyət” ailəsi olaraq,  Müdafiə Nazirliyindən və şəxsən Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovdan  1-ci Qarabağ müharibəsi veteranı, qazi Musayev  İlqar Təvəkkül oğlu ilə bağlı detallı araşdırma aparılmasını, ağır durumda olan qazimizə tibbi və maddi yardım göstərilməsini xahiş edirik.

 

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR