Müdafiə Nazirliyinin məşhur avtomobil şirkətinə borcu var?

2023-01-16 14:33:00

Müdafiə Nazirliyinin məşhur avtomobil şirkətinə borcu var?

Azərbaycanın aparıcı şirkətlərindən olan “İdeal Motors” MMC Azərbaycan Müdafiə Nazirliyi haqqında məhkəmə iddiası qaldırıb.

Hurriyyet.az xəbər verir ki, məhkəmə iddiası bu gün - 16.01.2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib.

Bildirilir ki, iddia Müdafiə Nazirliyinin “İdeal Motors” MMC-yə olan borcu ilə əlaqədar qaldırılıb.

Qeyd edək ki, “İdeal Motors” MMC 28.11.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət Azərbaycanda “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirən “Performance Center Co” şirkətilə eyni hüquqi ünvanda yerləşir. “İdeal Motors” MMC əsasən dövlət qurumlarının avtomobil alışı ilə bağlı keçirdiyi tenderlərin qalibi olub.

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.126780