Müdafiə Nazirliyindən son dəqiqə açıqlaması: “Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görüldü”

2022-11-17 19:24:00

Müdafiə Nazirliyindən son dəqiqə açıqlaması: “Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görüldü”

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvləri tərəfindən kobud şəkildə pozulduğu barəsində məlumat verib.

Müdafiə Nazirliyinin məlumatında deyilir:

Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində  döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.

Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.

Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131706