Müdafiə Nazirliyində 8 milyonluq yeyinti - Həbslər var

2022-09-28 11:07:00

Müdafiə Nazirliyində 8 milyonluq yeyinti - Həbslər var

27 sentyabr 2022-ci ildə Bakı Hərbi Məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətində istintaqı davam edən cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi Məlikzadə Rəşad Səfər oğlu barəsində vəsatətə baxaraq, onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, 8.355.486,00 manat pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Məlum olur ki, dövlətə vurulmuş xüsusilə külli miqdarda ziyanın dövlət büdcəsinə ödətdirilməsi üçün Müdafiə Nazirliyinin Maliyyə Xidmətinin rəhbər hərbi qulluqçularının əməllərinin sübuta yetirilərək məsuliyyətə cəlb olunmaları davam edir. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.192288