“Müayinə nəticəsində sürücünün sərxoş olduğu sübuta yetirilib” - DİN Şəki sakini Sənan Mustafayevin iddialarına cavab verdi

2022-09-16 17:46:00

“Müayinə nəticəsində sürücünün sərxoş olduğu sübuta yetirilib” - DİN Şəki sakini Sənan Mustafayevin iddialarına cavab verdi

“Hürriyyət"də dərc olunan “Polis mayoru dedi ki, səni aparıb qəbiristanlıqda bıçaqlayıb basdıraram, lotuyam..." sərlövhəli yazıya Daxili İşlər Nazirliyi tərəfindən reaksiya verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.az bildirilib ki, sentyabrın 3-də rayon sakini Sənan Mustafayev sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi üçün polis əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb: “O, tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən sürücünün sərxoş olduğu sübuta yetirilib. Həmin vaxt hadisə yerinə gələn Anar Səfərov, qardaşı Şamo Səfərov və digər bir nəfər S.Mustafayevin tanışları olduğunu və  barəsində qanuni tədbir görülməməsini xahiş ediblər. Ancaq onların qeyri-qanuni tələbi nəzərə alınmayıb və sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Həmin şəxslərin xahişləri nəzərə alınmadığı üçün A.Səfərovun atası Namiq Səfərov polis şöbəsinin qarşısına gələrək qərəzli şəkildə polis əməkdaşı ilə mübahisə edib və guya onun sərxoş, narkotik vasitənin təsiri altında olduğunu bildirib”.

Qeyd edək ki, etik davranış kodeksini pozduğu üçün videoda görüntülənən polis əməkdaşı barəsində də intizam tədbiri görülüb.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055528