Saat:15:30
Haqqımızda

Müalicəsi üçün pul yığılan 1 yaşlı Amil vəfat etdi - VİDEO

2022-05-13 00:18:00

Müalicəsi üçün pul yığılan 1 yaşlı Amil vəfat etdi - VİDEO

"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik".

Bu sözləri "Səni Axtarıram" proqramında aparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, canlı efirdə leykozdan əziyyət çəkən 1 yaşlı Amilin Türkiyədə dünyasını dəyişdiyini açıqlayıb.

"Ailə böyük sevinclə hava limanından Türkiyəyə getdi. Amma gecikdilər. Çünki həkimlər körpənin bir həftə zamanı olduğunu söyləmişdirlər. Təəssüf ki, biz yetişə bilmədik".

Xatırladaq ki, X.Hidayətqızı daha əvvəl ki "Səni axtarıram"ın buraxlışlarında Amilin ailəsinin maddi imkanlarının olmadığını və təcili şəkildə körpəni Türkiyəyə müalicəyə göndərilməsi üçün xalqa müraciət etmişdi.

Qısa zamanda 55 min dollar pul toplanılmış və Amil ailəsi ilə birlikdə Türkiyəyə yola salınmışdı.

 

Bizim.media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR