Saat:11:22
Haqqımızda

Müalicə və dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı açıqlandı

2024-01-31 13:36:01

Müalicə və dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı açıqlandı

Ötən il turizm məqsədi ilə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 116 min nəfər olub.

Hurriyyet.az xəbər verir ki, yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, koronavirus pandemiyasından əvvəlki illə (2019-cu il) müqayisədə turizm məqsədiylə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 4 dəfə azalıb. Belə ki, 2019-cu ildə xaricə 4 milyon 347 min Azərbaycan vətəndaşı səfər edib.

Qeyd edək ki, 2019 və 2023-cü illərdə aşağıdakı məqsədlər üzrə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı belə olub:

Məlumat üçün onu da bildirək ki, 2019-cu ildə dini ziyarət üçün azərbaycanlılar ən çox İrana səfər ediblər. Lakin, 2023-cü ildə İrana dini ziyarətə gedən azərbaycanlıların sayı kəskin azalıb. Belə ki, 2019-cu ildə dini ziyarət üçün İrana 215 min 171 nəfər azərbaycanlı getdiyi halda ötən il onların sayı 261 dəfə azalaraq 824 nəfərə düşüb.

Bundan başqa müalicə üçün İrana səfər edən Azərbaycan vətəndaşlarının da sayı kəskin azalıb. 2019-cu illə müqayisədə müalicə üçün İrana gedən azərbaycanlıların sayı 365 dəfə azalaraq 175 min 525 nəfərdən 481 nəfərə düşüb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194269