MTX hərbi sirləri satan erməni hərbçini saxlayıb - VİDEO

2022-05-25 11:30:00

MTX hərbi sirləri satan erməni hərbçini saxlayıb - VİDEO

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) növbəti dəfə dövlətə xəyanət faktını aşkarlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə MTX - nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, MTX əməkdaşları hərbçi D.G. - ni xəyanətdə şübhəli bilərək saxlayıblar. İstintaqın məlumatına görə, o, döyüş mövqeləri, silahlar, hərbi hissələrdən birinin şəxsi heyət sayı, eləcə də digər məlumatları başqa ölkənin xüsusi xidmət orqanlarına ötürüb.

Qeyd edilir ki, hərbçi yanvar-mart aylarında Whatsapp və Messenger vasitəsilə məlumatlar toplayaraq aidiyyəti yerlərə göndərib. Bunun üçün əsgər bank köçürməsi yolu ilə 200 dollar da alıb. O saxlanılan kimi günahını etiraf edib və həbs olunub.

AzVision.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya