Saat:07:52
Haqqımızda

MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO

2024-04-26 23:17:08

MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsi, 2 ünvanında MTK pilot layihə icra edir. 

Lakin sökülən binanın sakinləri bildiriblər ki, yeni tikilən bina onlara vəd edilən vaxtda təhvil verilməyib. “Binamız yeddi ildir sökülüb. İki ilə təhvil veriləcəyini demişdilər. Amma deyilən kimi olmadı. Əziyyət çəkirik. Yeddi il kirayədə qalmaq nə deməkdir?!” - deyə şikayətçi Sədaqət Cahangirova narazılıq bildirib.

MTK-nın nümayəndəsi Mahir Mahmudov isə Baku TV-yə açıqlamasında deyib ki, bina, demək olar ki, hazırdır və mənzillər 2024-cü ilin sonuna qədər sahiblərinə təhvil veriləcək.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.196507