Saat:05:09
Haqqımızda

MSK iddiaları araşdırdı: "Bu seçki məntəqələrində qanun pozuntuları..."

2024-09-14 17:07:31

MSK iddiaları araşdırdı:

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntuların olması haqqında iddialar araşdırılıb.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bu şikayətlə Muxtarlı Qələndər Şamil oğlu müraciət edib:

"Ərizəçi müraciətində göstərib ki, dairənin bir çox məntəqələrində səsvermə günü proses qanunauyğun aparılmayıb. O, 27 seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib, müşahidəçilərə maneə yaradıldığını iddia edib və müraciətinə 32 akt, videogörüntülər əlavə edib".

A.Muxtarovanın sözlərinə görə, namizədin MSK-ya təqdim etdiyi 87 videonun əksəriyyəti başqa dairələrdə qeydə alınanlardır:

"Bununla bərabər videogörüntülərdə vətəndaşların seçki hüququnu həyata keçirməsinə mane olan hallar aşkarlanmayıb. Araşdırmanın nəticəsində namizədin şikayətinin əsassız olduğu müəyyənləşdirilib və təmin edilməyib".

Bundan başqa, sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızı quruma müraciət edib:

"Namizəd seçki dairəsi üzrə nəticələrin etibarsız hesab olunmasını xahiş edib. O, bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edib, müraciətinə aktlar və foto-video görüntülər əlavə edilib.

Araşdırma zamanı Yasəmən Mahmudovanın nəticələrini mübahisələndirdiyi seçki məntəqələri üzrə iddialar 27 saylı seçki məntəqəsi istisna olmaqla iddialar əsasını tapmayıb. Dairə üzrə yalnız həmin məntəqədə nəticələr ləğv edilib"./Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.256647