MQ “həmsədrləri” Bakıya adlarını dəyişib gəlirlər

2022-04-27 16:43:00

MQ “həmsədrləri” Bakıya adlarını dəyişib gəlirlər

44 günlük Vətən müharibəsi Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə yanaşı, ATƏT-in Misnk Qrupunun da fəaliyyətinə de-fakto son qoydu.

1992-ci ildə yaranan Minsk Qrupu 28 il ərzində Qarabağ probleminin həllində heç bir rol oynamadı: yalnız danışıqların imitasiyasını etdi, “təklifləri” ilə Ermənistanın münaqişənin həllini yubadan cəhdlərinə yardımçı oldu və nəhayət, Azərbaycan Ordusunun qələbəsi ilə bu mənasız qrup da tarixə gömüldü.

Artıq MQ və onun “həmsədrləri” yoxdur. Minsk Qrupunun rusiyalı keçmiş həmsədri İqor Xovayev indi rəsmi olaraq “Rusiyanın xüsusi tapşırıqlar üzrə nümayəndəsi”dir.

Xovayevin bu təyinatı ilə Minsk Qrupu de-yure ləğv edildi. Bunun ardınca ABŞ və Fransa da həmsədrlərin təyinatını dəyişdi.

Endryu Şofer – artıq ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə köməkçisinin baş müşaviri, Bris Rokfey isə Fransanın AB-nin Şərq Tərəfdaşlığı proqramı üzrə səfiridir.

Xüsusi qeyd etmək lazımdır ki, əgər ATƏT-in Minsk Qrupu əvvəllər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olurdusa, indiki nümayəndələr, adından göründüyü kimi, Cənubi Qafqazdakı danışıqlardan məsuldurlar. Yəni hər üç nümayəndə artıq Qarabağla bağlı deyil, Azərbaycan-Ermənistan arasındakı sülh, kommunikasiyaların açılması ilə bağlı danışıqlarda iştirak edirlər.

Yeri gəlmişkən, rus və amerikalı nümayəndə Bakıya gəlib, fransız da gələcəyini elan edib.

Daha bir əsas məsələ: daha “üçlük” birgə gəlmir, birgə şəkil də çəkdirmir... İndi tək-tək gəlirlər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya