Saat:04:59
Haqqımızda

Mövsümi meyvələr niyə bahadır? - AÇIQLAMA

2022-05-25 13:35:00

Mövsümi meyvələr niyə bahadır? - AÇIQLAMA

Bu il mövsümi meyvə və tərəvəzlərin əvvəlki illərlə müqayisədə baha olması iqlim şəraiti ilə bağlıdır.

Hurriyyet.az xəbər verir ki, bunu "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib.

Onun sözlərinə görə, may ayında havaların soyuq, yağıntılı keçməsi məhsuldarlığa ciddi təsir edir:

"Bu da mövsümi meyvə və tərəvəzlərin bahalaşmasına səbəb olur", - deyə assosiasiya sədri bildirib.

Qeyd edək ki, Bakıda "8-ci km" bazarında apardığımız müşahidələrə əsasən çiyələk 3-5 manat, alça 2-10 manat, gilas bəzi yerlərdə 8 manata satılır. Hətta bazarda bəzi satıcılar gilası 20 manata da təklif edir. Ağ və qara tutun arasında qiymət fərqi yoxdur - hər ikisi 4 - 8 manata satılır. Şaftalı 4-7 manat arası, ərik 5 manata, yemiş və qarpızın isə kilosu 2 manat aralığında dəyişir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR