Mövsüm Səmədov azadlığa buraxıldı

2023-01-19 12:27:00

Mövsüm Səmədov azadlığa buraxıldı

İslam partiyasının sədri Mövsüm Səmədov azadlığa buraxılıb.

Hurriyyet.az xəbər verir ki, partiya sədrinin 12 illik həbs cəzası bitib və o, azadlığa çıxıb.

Xatırladaq ki, M. Səmədov barəsində 2011-ci ildə 12 il müddətinə həbs cəzası verilmişdi.

Həmçinin partiya sədrinin müavini Vaqif Abdullayev 11 il, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, Masallı ruhanisi Fəramiz Abbasov 11 il, Lənkəran ruhanisi Zülfüqar Mikayılzadə 5 ili sınaq müddəti olmaqla 11 il şərti həbs cəzasına məhlum edilmişdi.

Qeyd edək ki, ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunmuşdu.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.129657