Mövqelərimiz yenə atəşə tutuldu
2025-03-17 23:27:59

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.
Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Belə ki, martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
