Mövlud Çavuşoğlu Ermənistanı Trans-Qafqaz layihəsinə qoşulmağa çağırdı
2023-02-01 15:43:00
Türkiyənin XİN naziri Mövlud Çavuşoğlu Ermənistanı Trans-Qafqaz layihəsinə qoşulmağa çağırıb.
Çavuşoğlu bildirib ki, Türkiyə, Azərbaycan, Gürcüstan və İran üçtərəfli və dördtərəfli əməkdaşlıq mexanizmləri təşkil edərək regionun kommunikasiya imkanlarından istifadə etməyi planlaşdırır. “Şimal dəhlizinə alternativ olmadan biz Trans-Qafqaz layihəsinin açılması üzərində işləyirik. Ümid edirəm ki, gələcəkdə biz proqramı həyata keçirəndə Ermənistan da bizə qoşulacaq”.
Ülviyyə, Hurriyyet.az