Motosikletçini döyən "Lexus" sürücüsünün vəzifəsi MƏLUM OLDU

2022-04-26 10:07:00

Motosikletçini döyən

Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hurriyyet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Ehtimala görə, baş vermiş hadisədən sonra onun hətta inzibati işdə qalması belə mümkün görünmür və çox böyük ehtimal ki, o, bu vəzifədən də azad olunacaq.

Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya