Moskvda güclü yanğın başladı
2024-12-10 10:23:41

Bu gün səhər saatlarında Moskvanın Koptevski bazarında yanğın baş verib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Teleqram kanalında məlumat yayıb.
Bildirilir ki, bazarda baş verən yanğının sahəsi 300 kvadratmetrə çatıb. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur./axar.az/
