Moskvaya uçan təyyarə Vilnüsdə məcburi eniş etdi

2022-05-28 19:25:00

Moskvaya uçan təyyarə Vilnüsdə məcburi eniş etdi

İstanbuldan Moskvaya uçan “Türk Hava Yollarına” məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Vilnüs Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Bu barədə “LRT” milli radiosunun efirində hava limanının ictimai əlaqələr şöbəsinin rəhbəri Marius Zelyanyus məlumat verib.

Onun sözlərinə görə, hazırda laynerə baxış keçirilir: “Sərnişinlər terminaldadırlar və dayandırılmış reysi davam etdirmək üçün gözləyirlər”.
O, qeyd edib ki, yoxlanışın nə qədər davam edəcəyi daşıyıcıdan asılıdır. \\Report 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya