Saat:20:04
Haqqımızda

Moskvaya kütləvi PUA hücumu - Hava limanları bağlandı + VİDEO

2024-09-10 12:55:46

Moskvaya kütləvi PUA hücumu - Hava limanları bağlandı + VİDEO

Sentyabrın 10-na keçən gecə Ukrayna PUA-ları tərəfindən Moskvaya kütləvi hücum təşkil edilib.

“AzPolitika” xəbər verir ki, Rusiya kanallarının məlumatına görə, ilk dron gecə saat 2:20-də Moskva vilayətinin Lyubertsı yaşayış məntəqəsi üzərində vurulub. Sonra Moskva yaxınlığındakı Jukovskidə PUA-ların peyda olduğu və vurulduğu xəbər verilir. Yerli kanalların məlumatına görə, ərazidə ən azı altı partlayış eşidilib.

Məlumatda deyilir ki, PUA hücumu səbəbindən Domodedovo, Vnukovo və Jukovski hava limanları fəaliyyətini dayandırmalı olub. Reyslər təxirə salınıb və təyyarələr Şeremetyevo hava limanına yönləndirilib.

Moskva vilayətinin qubernatoru Vorobyov saat 05:23-də bəyan edib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 PUA-nı vurub. Sonradan Rusiya mediası Ramenskoyedə çoxmərtəbəli binaların zədələndiyini, 11-12-ci mərtəbələrdə mənzillərin yandığını xəbər verib. Əvvəlcə 9 yaşlı uşağın öldüyü bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmayıb.