Moskvanın Zəngəzur dəhlizini dəstəkləməsi İranı narahat edib
2024-09-03 10:13:30
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran XİN-ə çağırılıb. Bunun səbəbi Moskvanın Bakı ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizini dəstəkləməsi olub. Məlumatı İRNA agentliyi verib.
İran XİN-in Avrasiya bürosunun baş direktoru Müctəba Dəmirçilinin Rusiya səfiri ilə görüşü zamanı fikir mübadiləsi aparılıb, Tehran öz mövqeyini nümayiş etdirib. İran tərəfi "regionda geosiyasi dəyişikliklərə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə qarşı olduğunu, regionun bütün ölkələrinin narahatlıqlarını və maraqlarının nəzərə alınmalı olduğunu" bildirib.
Hürr Tərcüman