Moskvanın İrəvana təklifi ilə bağlı səfirin açıqlaması: “Vaxtımız yoxdur”
2023-11-17 18:00:17

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanın açıqlamasına görə, İrəvan Moskvanın Rusiya, Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin görüşü barəsindəki təklifi nəzərdən keçirir.
Səfir Moskvanın təklifi də daxil olmaqla, bu gün İrəvanın masasında çox sayda təkliflərin olduğunu, lakin iş qrafiki ilə bağlı problemlər səbəbindən hazırda Ermənistanın heç kim ilə razılaşma əldə eləmədiyini qeyd edib. Səfir İrəvanın Bakı ilə danışıqlar ilə bağlı heç bir təklifdən imtina eləmədiyini deyib.
Hürr Tərcüman
