Moskvanın baş ravvini “Avropadan yəhudi köçü” haqda xəbərdarlıq etdi

2021-07-19 14:10:00

Moskvanın baş ravvini “Avropadan yəhudi köçü” haqda xəbərdarlıq etdi

Antisemitizmin artması halında yəhudilər Avropanı tərk edə bilərlər. Avropa Ravvinlər Şurasının prezidenti, Moskvanın baş ravvini Pinxas Qoldşmidt bu barədə “RİA Novosti”yə bildirib.

“Avropada antisemitizm qığılcımı artarsa, yəhudilər hər zaman buradan gedə bilərlər. Amma biz həm icmalarımızın fiziki təhlükəsizliyi, həm də dini hüquqlarımızın və azadlığın qorunması üçün sona qədər mübarizə aparacağıq”, deyə agentlik onun sözlərini sitat gətirir.

Qoldşmidtin fikrincə, antisemitizm baxımından ən gərgin vəziyyət Fransa ilə Belçikadadır və antisemitizm meylləri Polşada da müşahidə olunur.

Bundan əvvəl “Lenta.ru”ya verdiyi müsahibədə Qoldşmidt müsəlman qaçqınları tərəfindən Avropa yəhudilərinə antisemitizm təhdidi olacağını dəyərləndirmişdi. Onun sözlərinə görə, müsəlman qaçqınlardan yəhudilərə birbaşa təhdid "ultra sağçıların" təhdidindən daha böyük ola bilər, ancaq ikincisi güc strukturlarına girib oradan yəhudilərə zərər verə bilər.

“Lenta.ru”

Hazırladı: Ülviyyə Şükürova