"Moskva"dan sağ çıxanlar müharibəyə göndərilir – Etiraz

2022-06-21 12:57:00

Ukrayna hərbçilərinin batırdığı “Moskva” raket kreyserindən sağ çıxan ekipaj üzvləri yenidən müharibəyə göndərilə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Novaya qazeta” dənizçilərin valideynlərinə istinadən məlumat yayıb.

“Hazırda onlar 1981-ci ildə istifadəyə verilmiş “Ladnı” patrul gəmisində saxlanılır. Gəminin təmirə ehtiyacı var və üzmək üçün uyğun deyil. İndi “Ladnı” gəmisində “Moskva” kreyserindən sağ çıxmış 49 dənizçi var. Sözügedən ekipaj üzvləri iyunun 30-dək yenidən müharibəyə göndərilə bilər. Lakin onların bir çoxu daha döyüş əməliyyatlarında iştirak etmək istəmir”, - məlumatda deyilir.

Çağırışçıların valideynləri bildirirlər ki, övladları döyüşə qanunsuz cəlb olunurlar:

“Fəlakət nəticəsində onlar psixoloji travma alıblar. Biz psixoloji travmatik vəziyyətdən sağ çıxanların yenidən döyüş əməliyyatlarına cəlb olunmasını yolverilməz hesab edirik”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya