Moskvadan İrəvanın dəhliz açıqlamasına cavab: “Yalandır, təxribatdır”

2022-12-27 17:39:00

Moskvadan İrəvanın dəhliz açıqlamasına cavab: “Yalandır, təxribatdır”

Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir?

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “News.am” saytının müxbirinin sualına cavab verərkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatının təxribat xaraktli olduğunu bildirib. Peskov deyib:  “Onun açıqlaması həqiqətə uyğun deyil. Rusiya məmurlarından heç biri bu sözləri söyləməyib və erməni tərəfinə belə bir məlumat verməyib”.

Qeyd edək ki, Armen Qriqoryan Rusiyanın erməni tərəfini öz ərazisindən Azərbaycana dəhliz verməyə və “formalaşmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə birləşməyə” məcbur elədiyini bəyan eləmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.159761