Moskvadan İrəvana: “ABŞ ilə tərəfdaşlıq bəla, dərd, qan, dağıntı gətirəcək”

Rusiya Ermənistanı Ukraynanın taleyi ilə təhdid edib
Hurriyyet.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxaq Məsələlər Komitəsinin sədri Leonid Slutski ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin Senatdakı bəyanatının Cənubi Qafqazda antirusiya meydanının yaranmasına yönəldiyini bəyan edib.
Xatırladaq ki, Yuri Kim ABŞ-ın inkişaf, müdafiə və təhlükəsizlik sahələrində Ermənistana dəstəyi mümkün olduğu qədər artırmalı olduğunu bəyan edib.
Slutski deyib: “Yuri Kim Konqresin Senatının Xarici Məsələlər Komitəsindəki Komitəsindəki çıxışında bəyan edib ki, “söhbət Ermənistanın Rusiya ilə yox, ABŞ ilə tərəfdaşlığından getməlidir”. İndi Vaşinqton İrəvana “kömək etməyə” hazırdır, görünür, Cənubi Qafqazda yeni antirusiya meydanı yaratmaq arzusundadır. Belə bir kömək Kiyevə də təklif edilmişdi. İndi Ukrayna ABŞ-ın marionetkasına çevrilib, öz suverenliyini və vətəndaşlarının çoxunu itirib. Okeanın o tayından “sponsorluq” hələ dünyada heç bir ölkənin xeyrinə olmayıb, yalnız bəla və dərd, qan və dağıntı gətirib. Amerikasayağı “tərəfdaşlıq” və “inkişafa kömək” son nəticədə məhz buna gətirir”
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya