Moskvadan Hakan Fidanla bağlı açıqlama

2023-08-25 14:16:30

Moskvadan Hakan Fidanla bağlı açıqlama

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, RF Xarici İşlər Nazirliyi Türkiyə XİN-in rəhbəri Hakan Fidanın yaxın zamanda Rusiyaya səfər edəcəyini bildirib.

Məlumatı RF XİN rəhbərinin müavini Sergey Ryabkov verib. Ryabkov deyib: “Belə başa düşürəm ki, türkiyəli həmkarlarımızla təmaslarımız davam edəcək. Həmçinin, Türkiyənin Xarici İşlər nazirinin Rusiya Federasiyasına səfəri gözlənilir”.

Qeyd edək ki, mətbuatda Türkiyə Prezidenti R.T.Ərdoğanın tezliklə Rusiyaya gedəcəyi xəbər verilmişdi. Görüş zamanı taxıl müqaviləsinin bərpasının müzakirə ediləcəyi gözlənilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.133496