Saat:07:30
Haqqımızda

Moskvadakı terakt 73 dəqiqə davam edib – Təhlükəsizlik qüvvələri hadisələrə niyə bu qədər gec müdaxilə edib?

2024-03-26 16:48:58

Moskvadakı terakt 73 dəqiqə davam edib – Təhlükəsizlik qüvvələri hadisələrə niyə bu qədər gec müdaxilə edib?

Məlum olduğu kimi, ötən həftə Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall” kompleksində son illərin ən qanlı terror aktlarından biri yaşanıb. 140-a yaxın insanın həlak olduğu bu dəhşətli olaydan bir neçə gün keçməsinə baxmayaraq, hadisənin detalları ətrafında davam edən qızğın müzakirələr səngimək bilmir.

Hurriyyet.az xəbər verir ki, ən çox müzakirə olunan məsələlərdən biri də təhlükəsizlik qüvvələrinin ləng hərəkəti nəticəsində qətliamın qarşısının çox gec alınmasıyla bağlıdır.

Açıqlanan istintaq materiallarına görə, sözügedən hücum 73 dəqiqə davam edib. Terrorçular yerli vaxtla saat 18:54-də “Crocus City Hall”-a gəliblər. Hücum isə 19:58-də terrorçuların küçədəki insanlara atəş açmaları ilə başlayıb. Qeyd olunur ki, hücum edənlər özləri ilə plastik kanistrlərdə benzin gətirib, binanı yandırıblar və saat 20:11-də konsert zalını tərk ediblər. Daha sonra 4 terrorçu kompleksin həyətindəki ağ rəngli "Renault" markalı avtoobillə Bryansk istiqamətində hərəkət ediblər.

Rusiyanın təhlükəsizlik qüvvələrinin hadisələrə bu qədər gec müdaxiləsi istər-istəməz müxtəlif iddiaların yaranmasına səbəb olub. Hətta bəzi iddialara görə, Rusiya FSB-si bütün hər şeydən xəbərdar olub və bu səbəbdən terrorçular 1 saatdan artıq müddətdə teraktı törədib, daha sonra da binanı yandıra biliblər.

Qeyd edək ki, teraktdan bir neçə saat sonra hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla ümümulikdə 11 nəfər saxlanılıb.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.188859