MOSKVADA UÇAN NAMƏLUM OBYEKT, İRKUTSKDA GÖY CİSMİ... - Rusiya səmasında nə baş verir? + VİDEOLAR

2023-04-12 17:26:00

MOSKVADA UÇAN NAMƏLUM OBYEKT, İRKUTSKDA GÖY CİSMİ... - Rusiya səmasında nə baş verir? + VİDEOLAR

Son günlər Rusiyanın ayrı-ayrı bölgələrinin hava məkanında müəmmalı hadisələr müşahidə olunur. Bəzi bölgələrdə hətta bu hadisələr əhali arasında panikaya səbəb olur.

Hurriyyet.az xəbər verir ki, aprelin 6-dan etibarən Rusiya səması az qala naməlum obyektlərin kütləvi hücumuna məruz qalmaqdadır. Məsələn, aprelin 6-da gecə saatlarında İrkutsk sakinləri böyük və parlaq bir göy cisminin düşməsini müşahidə ediblər. Bunun meteorit olduğu güman edilir. Lakin əhali bunu raket zərbəsi hesab edərək, panikaya düşüb. Yerli mülki müdafiə idarəsi isə düşən cismin nə olduğunu izah etməkdə çətinlik çəkib və bunun meteorit olub-olmadığını müəyyənləşdirə bilmədiklərini açıqlayıb.

Aprelin 11-də isə bu dəfə Moskvanın “Kursk” metrostansiyası yaxınlığında naməlum uçan obyektlər müşahidə olunub. Xəbərdə deyiklir ki, həmin obyektlər “uçan boşqab”a bənzəməyiblər və adi gözlə müşahidə ediləcək qədər böyük olublar. Mətbuatda və sosial şəbəkələrdə həmin obyektlərin fotoları yayımlanıb.

Daha bir maraqlı hadisə Leninqrad vilayətində müşahidə olunub. Burada içində müxtəlif elektron avadanlıqlar olan hava şarı aşkarlanıb. Bu şarın kimə, hansı quruma, yaxud dövlətə aid olduğu bilinmir.

Yekaterinburqa isə naməlum uçan obyekt düşüb və düşdüyü yerdə kifayət qədər böyük yanğın törədib. Bu obyektin də nə olduğu barədə heç bir rəsmi xəbər verilmir.

Bir sözlə, Rusiya səmasında son günlər nəsə baş verir. Amma nə?...

“AzPolitika.info”

 

 

 

 

azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.196634