Saat:20:44
Haqqımızda

Moskvada S400-lər üçün raket istehsal edən zavodda yanğın baş verib

2024-04-16 22:29:56

Moskvada S400-lər üçün raket istehsal edən zavodda yanğın baş verib

Moskvada Klara Setkin küçəsində yerləşən “Avanqard” zavodunun ərazisində yanğın baş verib.

Bu barədə "Moskva" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğın 50 kvadratmetr ərazini əhatə edib və vaxtında gələn yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

Qeyd edək ki, Moskva Maşınqayırma Zavodu "Avanqard" ASC "Almaz-Antey" Aerokosmik Müdafiə Konserni" Səhmdar Cəmiyyətinin bir hissəsidir. Şirkət həm də S-300 və S-400 zenit-raket sistemləri üçün sursat istehsal edir. Eyni zamanda, zavodun saytında qeyd olunur ki, şirkət Rusiyada bu raketləri istehsal edən yeganə şirkətdir. \\APA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.236568