Moskvada Rusiya-İran-Türkiyə görüşü – taxıl məsələsi gündəmdə olacaq

2023-01-13 23:27:00

Moskvada Rusiya-İran-Türkiyə görüşü – taxıl məsələsi gündəmdə olacaq

Hurriyyet.az xəbər verir ki, Rusiya, Türkiyə və İran Moskvada görüş keçirərək, dünya ərzaq böhranının qarşısını almaq üçün keçiriləcək tədbir çərçivəsində taxılın bütün dünyada ədalətli bölgüsü məsələsinin həlli yollarını müzakirə edəcəklər. Bu barədə məlumatı İRNA agentliyi yayıb.

10 fevral tarixində keçirilən görüşdə Rusiya, Türkiyə və İranın rəsmi şəxsləri, həmçinin müvafiq qurumların, rusiyalı ixracatçıların, iranlı və türkiyəli idxalatçıların təmsilçiləri iştirak edəcəklər. Tədbir zamanı taxıl təadüründə mövcud problemlər və əngəllər, o cümlədən bank-maliyyə, logistika və gömrük məsələləri müzakirə ediləcək.

Görüşdə məqsəd Rusiyanın kənd təsərrüfatı məhsullarının Türkiyə və İran vasitəsi ilə digər ölkələrə nəqlinin asanlaşdırılması üçün taxıl ixracatçıları ilə idxalçıları arasında birbaşa dialoq imkanı yaratmaqdır.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.192008