Saat:15:13
Haqqımızda

MOSKVADA OMON MƏSCİDƏ BASQIN EDİB

2025-11-27 13:09:30

MOSKVADA OMON MƏSCİDƏ BASQIN EDİB

Hurriyyet.az xəbər verir ki, Rusiyada çevik polis əməkdaşları məscidə basqın edərək müsəlman miqrantları hərbi komissarlığa aparıblar.
Moskva vilayətinin Elektrostal şəhərində Rusiyanın çevik polisinin əməkdaşları Daxili İşlər Nazirliyindən olan həmkarları ilə birlikdə namaz zamanı məscidə basqın edərək sənədləri yoxlamağa başlayıblar.
Cəmi 575 nəfər yoxlanılıb, onlardan 209-u əcnəbi, 16-sı isə qanunsuz mühacirlər olub. Otuz yeddi nəfər yerli hərbi komissarlığa aparılıb. Məlum olub ki, onlardan 34-ü hərbi qeydiyyata yazılmayıb. Onlara müvafiq çağırış vərəqələri göndərilib.
Hürr Tərcüman