Moskvada iş adamı Kamaryanı qətlə yetirən şəxs də ERMƏNİ İMİŞ - FOTO/VİDEO

2022-06-04 20:17:00

Moskvada iş adamı Kamaryanı qətlə yetirən şəxs də ERMƏNİ İMİŞ - FOTO/VİDEO

Moskvada erməni iş adamını qətlə yetirən şəxs həbs olunub.

Moskvanın mərkəzində, Komsomolski prospektində erməni killer 62 yaşlı erməni iş adamı Ohanes Kamaryanı güllələyib.

Killer iş adamını arxadan güllələyib. O, Kamaryanı əvvəlcə kürəyindən, sonra isə başından vurub. Killer yerə yıxılan biznesmenin şəklini də çəkib və hadisə yerindən qaçıb.

Artıq qətli törədən killer saxlanılıb. O, 24 yaşlı erməni Ayrik Yervandyandır. O, günahını etiraf edib.

Məhkəmə Moskvanın mərkəzində iş adamı Ohanes Kamaryanı güllələyən Ayrik Yervandyanı həbs edib.

Əsas motiv qan davası ola bilər: saxlanılan şəxs ötən il Ermənistanda öldürülən iş adamlarından birinin mühafizəçisinin qardaşıdır. Onda İrəvanın mərkəzində iş adamı Rafael Mardoyan yox, onun mühafizəçisi güllələnib, qətlə yetirilən Ohanes Kamaryan cinayətin təşkilatçısı ola bilərdi.

Qeyd edək ki, Ohanes Kamaryan konsaltinq şirkətinin sahibi olub. Həmçinin o, 2013-cü ildən Ermənistan polisi tərəfindən axtarışda olub. Kamaryan tamah məqsədilə qətl planlamaqda şübhəli bilinirdi.


Konkret.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya