Moskvada bayram namazında rekord sayda müsəlman...-Həm də siyasi gediş...-VİDEO

2022-05-03 13:50:00

Moskvada bayram namazında rekord sayda müsəlman...-Həm də siyasi gediş...-VİDEO

Daha çox müsəlmanın ibadət üçün paytaxt Moskvaya  toplanmasına şərait yaradılması Putin rejimindən ötrü həm də dünya müsəlmanlarının rəğbətini qazanmaq üçün bir gedişdir... 

 

"Mayın 2-də müsəlmanlar müqəddəs orucluq ayının başa çatmasına həsr olunan əsas bayramlarından birini  Ramazan-Fitr- bayramını qeyd ediblər. Bu il bu bayramın Rusiyada həftəsonuna təsadüf etməsi daha çox müsəlmanın bayram namazı üçün Moskva məscidlərinə axışmasına şərait yaradıb".

Hurriyyet.az xəbər verir ki, Rusiyanın "İslamnews" nəşri yazıb.

Videodan belə məlum olur ki, namaz qılan dindarlar Moskvadakı Cümə məscidinin ətrafına yaxın küçələri doldurublar.

P.S. Daha çox müsəlmanın ibadət üçün paytaxt Moskvaya  toplanmasına şərait yaradılması Putin rejimindən ötrü həm də dünya müsəlmanlarının rəğbətini qazanmaq üçün bir gedişdir... Fəqət, qəlbinə Allaha iman, ədalət, vucdan hissi hakim olan gerçək müsəlman üçün Kremlin heç bir göstərisi bu rejimin Çeçenistan, Suriya və nəhayət, Ukraynadakı(elə Rusiya xalqının özünə də qarşı) cinayətlərinə haqq qazandıra bilməz...

Moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya