Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır

2022-11-17 17:32:00

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır

Moskvanın ən böyük bazarlarından birində - “Sadovod”da yanğın baş verib, təxliyə aparılır.

Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, Bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

““Sadovod” bazarında yanğınla bağlı məlumat yerli vaxtla saat 13:52-də daxil olub. “Sadovod” bazarında ticarət pavilyonları yanıb. İnsanlar təxliyə edilir”, - məlumatda bildirilib.

Hadisə yerində 20-dən çox yanğınsöndürmə briqadası işləyir.

İlkin məlumata görə, yanğının sahəsi 50 kvadratmetrdir. Yanğın iki ticarət pavilyonunu bürüyüb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, 40 hektardan çox ərazini və 8000 mağazanı əhatə edən “Sadovod” bazarı Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.186209