Moskvada Türkiyə-Suriya-Rusiya-İran danışıqları

2023-04-04 12:35:00

Moskvada  Türkiyə-Suriya-Rusiya-İran danışıqları

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, aprelin 4-də Moskva şəhərində Türkiyə, Rusiya, Suriya və İranın XİN rəhbərlərinin müavinləri səviyyəsində görüş keçirilib. Görüşdə Suriya ilə bağlı müzakirələr aparılıb.

RF XİN-in verdiyi xəbərə görə, görüşün açılışında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

Türkiyə nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Burak Akçalar başçılıq edir.

Rusiyanı RF Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Mixail Boqdanov, İranı Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əsgər Hacı, Suriyanı isə Xarici İşlər nazirinin müavini Ayman Susan təmsil edib.

Ankaradakı diplomatik mənbələr qeyd edirlər ki, Moskvadakı danışıqlar xarici işlər nazirlərinin dördtərəfli görüşü üçün baza formalaşdıra bilər.

Danışıqlarda diplomatiya rəhbərlərinin görüşünün gündəliyi və əməkdaşlıq yolları müzakirə edilib.

Görüş mətbuat üçün qapalı rejimdə keçirilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.225021