Saat:19:37
Haqqımızda

"Moskva və Pekinin husilərə qarşı mübarizə aparmaq fikri yoxdur" - ELXAN ŞAHİNOĞLU

2024-04-17 11:02:06

"ABŞ husilərlə mübarizəyə kifayət qədər böyük maliyyə xərcləmək məcburiyyətindədir"

""Bloomberg" agentliyinin məlumatına görə, ABŞ və müttəfiqləri Qırmızı dənizdə husilərə qarşı mübarizədə istədikləri uğuru qazana bilmirlər. Husilərin mövqelərinin raket atəşinə tutulması nəticə vermir. Buna baxmayaraq, ABŞ-ın Qırmızı dənizdəki qüvvələrinin komandanı Mark Miqesin sözlərinə görə, hüsilərin imkanları bir qədər azalıb. Ancaq amerikalı admiral ticarət gəmilərinin nə zaman Qırmızı dənizdə rahat üzəcəyinə dair konkret fikir söyləyə bilməyib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Husilərin itkilərinin yerini qısa zamanda doldurduqlarını vurğulayan politoloq qeyd edib ki, İran husilərə dəstəyini davam etdirir: "ABŞ-ın husilərin əlində nə qədər silah olmasına dair məlumatı yoxdur. Digər tərəfdən, ABŞ husilərlə mübarizəyə kifayət qədər böyük maliyyə xərcləmək məcburiyyətindədir. ABŞ-ın “Eyzenhauer” təyyarə daşıyan gəmisi Qırmızı dənizi tərk edə bilmir. Husilər ticarət gəmilərinə raketlərlə yanaşı dron hücumları da təşkil edirlər. Ticarət gəmilərin əksəriyyəti bu təhlükəyə görə əvvəlkitək Qırmızı dənizdən yan keçməyə çalışırlar. Halbuki, dünya ticarətinin 15 faizi Qırmızı dəniz üzərindən həyata keçirilirdi. Süveyş kanalından istifadə xeyli azalıb. Bu arada, “Politico” nəşri Çinin husiləri dolayı yollarla maliyyələşdirdiyinə dair məqalə yayımlayıb. İran öz neftinin 90 fazini Çinə satır. Burdan əldə edilə gəlirin bir hissəsi isə İslam Keşikçiləri Korpusunun “Qüds” qruplaşmasına çatır ki, onlar bu bu pulla hüsiləri silahlandırırlar. Əslində husilərin dəstəklənməsi Çinin də maraqlarına uyğun deyil. Çünki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Çinin dünya ölkələri ilə apardığı ticarətə mənfi təsir edir. Çin gəmiləri Qırmızı dənizdən yan keçməklə uzun məsafəni seçdiklərinə görə məhsulların qiyməti qalxıb. Buna baxmayaraq, Pekin husilərə dəstək məsələsində Tehrana təzyiq etmir".

Elxan Şahinoğlunun sözlərinə görə, Pekinin Tehrandan yeganə xahişi husilərin Çin gəmilərinə hücumlardan çəkindirməkdir: ""Boomberg" agentliyinin məlumatına görə, Rusiya və Çinin İran üzərindən husilərlə şifahi razılaşması var ki, qruplaşma Qırmızı dənizdə Rusiya və Çinə məxsus gəmilərə hücum etməsinlər. Ancaq bır sıra hallarda husilər gəmilərin hansı dövlətə məxsus olduğunu müəyyənləşdirmıdən həmin gəmilərə zərbələr endirirlər. Husilər yanlış olaraq bir neçə dəfə Rusiya və Çin gəmilərinə raket atıblar. Ona görə Qırmızı dəniz hətta Rusiya və Çin gəmiləri üçün də təhlükəlidir. Buna baxmayaraq, Moskva və Pekinin husilərə qarşı mübarizə aparmaq fikri yoxdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.179475