Moskva terroruna görə daha 3 nəfərin həbsi istənildi
2024-03-25 20:40:42
.jpg)
Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı ilə bağlı daha üç müttəhimin həbsini istəyir.
Bu barədə məhkəmədə bildirilib.
“Daha üç material daxil olub: İslamov Aminçon İsrailoviç, İslamov Dilovar İsrailoviç və İslamov İsrail İbrahimoviçlə bağlı”, - qurum bildirib.
Onlar terrorçulara yardım göstərməkdə, rabitə və logistikanı təşkil etməkdə şübhəli bilinirlər. Cinayət işində iştirak edən iki nəfərə artıq rəsmi ittiham irəli sürülüb, üçüncüsü isə şübhəli olaraq qalır. \\Report
