Saat:14:52
Haqqımızda

Moskva teraktı bizi qoxutmadı, çünki... - Paytaxt sakinlərindən İLGİNC açıqlamalar - VİDEO

2024-03-30 00:28:56

Moskva teraktı bizi qoxutmadı, çünki... - Paytaxt sakinlərindən İLGİNC açıqlamalar - VİDEO

Məlum olduğu kimi bir həftə əvvəl, martın 22-də Moskvadakı "Crocus City Hall" əyləncə mərkəzində dəhşətli terror aktı törədilib. Son məlumatlara görə terakt zamanı 140 nəfər həyatını itirib.

Qeyd edək ki, dəhşətli terror hadisəsi Rusiya ilə yanaşı Azərbaycanda da bir çoxlarının təşvişə, panikaya düşməsinə səbəb olub. Nəticədə insanlar mümkün qədər kütləvi yerlərə, o cümlədən böyük ticarət mərkəzləri, metro, kino, teatr, konsert yerlərinə getməməyə çalışır. Bununla da Moskva teraktı insanların psixologiyasına ciddi zərbə vurub.

Bəs Moskva teraktı Bakı sakinlərinin gündəlik yaşayış tərzinə, rejiminə necə təsir edib?

TV Musavat-ın əməkdaşları bu sualla paytaxt sakinlərinə müraciət edib, onların rəyini öyrənməyə çalışıb.

Hazırladığımız videosorğunu təqdim edirik:

 

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR