Saat:22:40
Haqqımızda

Moskva Tbilisi ilə münasibətləri normallaşdırmaq istəyir

2025-04-17 18:43:18

Moskva Tbilisi ilə münasibətləri normallaşdırmaq istəyir

Hurriyyet.az xəbər verir ki, RF XİN-in mətbuat katibi Mariya Zaxarova Rusiyanın Gürcüstanla diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. O, diplomatik normallaşdırma prosesinin inkişafının Tbilisidən asılı olduğunu söyləyib: "Diplomatik münasibətlərə gəlincə, biz onları bərpa etməyə hazırıq. Gürcüstan tərəfinin hazır olduğu qədər irəli getməyə hazırıq. Burada bizim üçün məhdudiyyət yoxdur".
Qeyd edək ki, tərəflər sıx iqtisadi əlaələrə malikdirlər.
Gürcüstan Rusiya ilə diplomatik münasibətləri 2008-ci il avqustun 26-da Moskvanın beş günlük müharibədən sonra Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanımasından sonra kəsib.
Hürr Tərcüman