Moskva separatçılarla tet-a-tet danışırmı? Zaxarova açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, RF XİN özünü bir ovuc erməni separatçısının qondarma “xarici işlər naziri” hesab edən Sergey Qazaryanın Moskvaya səfəri barəsindəki saxta xəbərləri təkzib edib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat təmsilçisi Mariya Zaxarova gündəlik brifinq zamanı deyib: “Sergey Qazaryan şəxsi məqsədlə RF ərazisində olub. Onunla hansısa görüşlərin keçirildiyi barəsində məlumatım yoxdur. Onun keçirdiyi görüşlər yalnız şəxsi xarakterli ola bilər. Heç bir rəsmi status barəsində söhbət gedə bilməz”.
Bu açıqlamadan əvvəl Ermənistan mətbuatında yayılan xəbərlərdə Qazaryanın 12-16 fevral tarixlərində Moskvaya “rəsmi” səfər etdiyi, istimai, siyasi, ekspert dairələrin və erməni icmasının nümayəndələri ilə görüşdüyü bildirilmişdi.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya